BaşlıcaSiyasət

Mher Qriqoryan Brüsseldə Aİ-nin komissarı ilə görüşüb

Brüsseldə işgüzar səfərdə olan ER baş nazirinin müavini Mher Qriqoryan Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varhei ilə görüşüb.

Həmsöhbətlər Aİ-nin İqtisadi və investisiya planı çərçivəsində hazırlanmış proqramları müzakirə ediblər və hər iki tərəf birgə səylərin vacibliyini vurğulayıb.

Baş nazirin müavini Mher Qriqoryan Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Baş Direktoratlığının “Şərq tərəfdaşlığı” departamentinin direktoru Lourens Meredit ilə də görüşüb.

Həmsöhbətlər İqtisadi və investisiya planı çərçivəsində həyata keçirilən layihələr çərçivəsində Avropa maliyyə institutları ilə aparılan müzakirələrə toxunmuşlar.

Daha çox göstər
Back to top button