
Livanın “Azdak” qəzetinin baş redaktoru Şahan Gantaharyan Ermənistan və Azərbaycan liderlərinin Brüsseldə keçirilən üçtərəfli görüşündən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bəyanatını şərh edib.
Gantaharyan “Armenpress”ə müsahibəsində vurğulayıb ki, Şarl Mişelin bəyanatı əsasən humanitar məsələlər barədədir.
“Humanitar şöbə, bəyanata görə, problemlərin həlli prosesində həlledici əhəmiyyətə malikdir. Hər iki tərəfin humanitar addımları arasında bərabərlik əlaməti var – mina xəritələri müqabilində hərbi əsirlərin azad edilməsi. Bütün əsirlərin azad edilməsi çağırışı mütləq tərəflərdən birinə ünvanlanır. Aydın məsələdir ki, Ermənistan tərəfinin azərbaycanlı hərbi əsirləri yoxdur və buradakı muzdlu terrorçular hərbi əsir deyillər. Lakin bütün bunlara baxmayaraq, gözləntilər ikitərəflidir. Tərəflər etimadın möhkəmlənməsinə töhfə verəcək humanitar jestlər etməlidir. Mişelin işarəsi aydındır: mina xəritələri müqabilində hərbi əsirlərin azad edilməsi”, – deyə Gantaharyan qeyd edib.
Gantaharyan əlavə edib ki, bu proseslərə paralel olaraq ABŞ administrasiyası Ankara ilə Yerevan arasında dialoqa başlamaq üçün nümayəndələrin təyin edilməsi barədə bəyanatları alqışlayır.
“Birləşmiş Ştatlar Ankara-Yerevan münasibətlərinin normallaşması ilə, Avropa humanitar işlərlə, Moskva isə demarkasiya və delimitasiya prosedurları ilə məşğul olacaq”, – deyə o, yekunlaşdırıb.







