
ER İnsan Hüquqları Müdafiəçisi Arman Tatoyan BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Natia Natsvlişvilini qəbul edib. ER Ombudsmanı BMT, xüsusilə UNDP, UNİCEF, UNFPA, UNHCR və digər strukturlarla əməkdaşlığı, həmçinin proqramların effektivliyini yüksək qiymətləndirib.
Görüş zamanı Azərbaycan hakimiyyəti tərəfindən qanunsuz saxlanılan erməni əsirlərin geri qaytarılması, onlara münasibət, onların əsirlikdən qayıtmasının süni surətdə gecikdirilməsi məsələləri də müzakirə olunub.
Arman Tatoyan qeyd etdi ki, Azərbaycan silahlı qüvvələrinin qanunsuz hərəkətləri nəticəsində kəndlərimizin bilavasitə yaxınlığında Ermənistan Respublikasının sərhədyanı sakinlərinin hüquqları pozulur.







