
Bir sıra hərbi xəritələr var ki, onlardan bəziləri Ermənistan SSR və Azərbaycan SSR tərəfindən təsdiq edilib, söhbət 1926-cı ilin xəritəsindən gedir, ondan sonra bir sıra transformasiyalar olub, onlar əslində təsdiq olunmayıb, daha aşağı səviyyədə olublar və sonuncusu 1974-cü ilin hərbi xəritəsidir. Bunu bu gün, dekabrın 16-da ER Parlametində jurnalistlərlə söhbətində hakimiyyət partiyasının deputatı Arman Yeğoyan deyib.
Onun sözlərinə görə, həmin hərbi xəritədə sərhəd təpələr səviyyəsində qeyd olunub və bu, sonuncu xəritədir. “Dəyişikliklər olub, amma hər yerdə deyil. Məsələn, Al Lçer bölgəsində dəyişiklik olub, Tavuşda dəyişikliklər olub, amma kolxoz səviyyəsində olub.
Biz 1926-cı ilin xəritəsinə əsaslanırıq. Amma bizdə bütün sənədlərə uyğun olan xəritələr yoxdur. Çox xəritələr var ki, bizdə yoxdur, Azərbaycanda da yoxdur, amma Rusiyanın Baş Qərargahında var, və Rusiya bununla irəliləməyi təklif edib. Demarkasiya və delimitasiya çox şeyi dəyişə bilər.
Hazırda vəziyyəti sabitləşdirmək üçün Baş Qərargah tərəfindən 1974-cü ildə təsdiq edilmiş sonuncu xəritə təklif edilib”, – deyə o qeyd edib.







