BaşlıcaSiyasət

Gülməli vəziyyətdə sizsiniz, Paşinyan yox: Azərbaycan yazıçısı Əliyevin diktaturası haqqında

Azərbaycan yazıçısı Kəramət Böyükçöl öz “Facebook” səhifəsində Ermənistan və Azərbaycandakı vəziyyəti müqayisə edərək, Əliyevin diktatura rejimini sərt tənqid edib.

O, öz yazısında Ermənistanın Baş naziri Nikol Paşinyana lağ eləməyi tənqid edərək, sonuncunun hakimiyyətə demokratik yolla gəldiyini qeyd edib: “Müharibədə hərbi məğlubiyyətə uğradı, amma xalqı yenə ona səs verdi və təzədən seçdi”.

O qeyd edib ki, rejimin ölkəni “qaranlıqda” idarə etdiyi Azərbaycandan fərqli olaraq Ermənistanda söz azadlığı mövcuddur.

“Dövlətin inzibati ressursları müxalifətə söz və fikir azadlığı üçün bərabər imkanlar yaradır. Ölkəsini Rusiya asıllığından xilas etmək siyasəti aparır. Bəs siz neynirsiniz? Bir tikə çörəkdən ötrü səhərdən axşama kimi İlham Əliyevi tərifləməyə səbəb, bəhanə axtarırsınız. Hökumət sizi kəniz kimi saxlayır. Köləsiniz. Sabah hakimiyyət ən yaxın dostunuzu şərləyib tutsa, onu müdafiə edə bilməyəcək qədər köləsiniz. Prezident müharibə bitib deyib deyə öz ölkənizdə duxunuz çatıb Xocalı (red. Ivanyan), Xankəndi (red. Stepanakert) adı çəkə bilmirsiniz”, – deyə Böyükçöl vurğulayıb.

Yazıçı qeyd edib ki, Paşinyana lağ edənlər həqiqətən gülməli vəziyyətdədirlər.

Maraqlıdır ki, azərbaycanlılar haqqında sərt ifadələrə baxmayaraq, nəşr minlərlə bəyənmə və müəlliflə razılaşdığını ifadə edən yüzlərlə şərh toplayıb.

Daha çox göstər
Back to top button