
“Sputnik Armenia”nın sorğusuna cavab olaraq, Ermənistanın Mülki Aviasiya Komitəsi xəbər verir ki, rəsmi Yerevan hələ də Azərbaycan AZAL aviaşirkətindən öz ərazisi üzərindən uçuşlarına görə ödəniş almayıb.
“Ermənistan Respublikası tərəfindən ratifikasiya olunmuş “Aviasiya xidmətləri haqları haqqında çoxtərəfli sazişin” şərtlərinə uyğun olaraq, 2009-cu il martın 1-dən etibarən Ermənistan Respublikasının hava məkanından həyata keçirilən bütün tranzit uçuşları, o cümlədən yuxarıda qeyd olunan “AZAL” aviaşirkətinin tranzit ödənişlərin hesablanması və yığılması “Eurocontrol International” şirkətinin magistral yol tarifləri üzrə mərkəzi ofisi tərəfindən həyata keçirilir”, – deyə cavabda deyilir.







