
Geğarkunik rayonunun Verin Şorja kəndində hazırda sakitdir. Bu barədə dekabrın 18-də icma rəhbəri Artyom Yeranosyan “Sputnik Armenia”ya müsahibəsində deyib.
Dünən azərbaycanlılar iki aya yaxındır həmin hissədə olan əvvəllər zədələnmiş traktorlarını çıxarmaq üçün Verin Şorjadan traktorla Şatcrek sahəsinə çıxmağa cəhd ediblər.
“Bizimkilər gördülər ki, uzaqdan traktor gəlir, traktor bir az da yaxınlaşanda vurublar. Sonra atışmağa cəhd ediblər, amma bizimkilər daha güclü cavab veriblər. Gediblər, qaçlblar ikinci traktoru da qoyublar”, – Artyom Yeranosyan deyib.
Onun sözlərinə görə, o vaxtdan indiyədək heç bir insident olmayıb və Ermənistan tərəfinin itkisi yoxdur.







