BaşlıcaSiyasət

KTMT-nin Baş katibi Ermənistana səfər edəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Ermənistana səfər edəcək.

Bu barədə KTMT-nin saytında məlumat verilib.

Bildirilib ki, Baş katib dekabrın 22-24-də Ermənistanda səfərdə olacaq. O, səfəri çərçivəsində ölkənin ali siyasi və hərbi rəhbərliyi ilə görüşəcək.

Stanislav Zasın Ermənistan Baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan və Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanla görüşləri planlaşıdırılır.

Daha çox göstər
Back to top button