
Türkoloq Ruben Safrastyan hesab edir ki, regional sülhə nail olmaq üçün Türkiyə Ermənistanla ilkin şərtlər dilində danışmağa son qoymalıdır.
Türkiyənin Ermənistanla münasibətlərin qurulması üçün irəli sürdüyü ilkin şərtlər rəsmi Ankaranın Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında o qədər də maraqlı olmadığını göstərir. Ermənistan Respublikası Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi direktoru vəzifəsini icra edən türkoloq Ruben Safrastyan “Sputnik Armenia”ya müsahibəsində deyib.
“Ermənistan ilkin şərtlər olmadan münasibətlər qurmaqdan danışır, Türkiyə isə mövcud ilkin şərtlərə yenilərini əlavə edir. “Zəngəzur dəhlizi” tələbi də bunun sübütüdür. Bu şəraitdə Ermənistan-Türkiyə yaxınlaşmasının başlaya biləcəyinə ümid bəsləmək mənasızdır”, – deyə o qeyd edib.
Türkoloqun fikrincə, regional sülhə nail olmaq üçün ilk növbədə tərəflərdən birinin öz yanaşmalarını dəyişməsi lazımdır. Safrastyan ümid edir ki, Ermənistan fundamental məsələlərdə güzəştə getməyəcək: Erməni Soyqırımı, Artsax, Qars müqaviləsi, “Zəngəzur dəhlizi”.
“Bu məsələlər bizim şəxsiyyətimizin bir hissəsidir, heç bir güzəşt ola bilməz. Türkiyə mövqeyini dəyişməlidir, Türkiyə bu tələblərdən, təzyiq siyasətindən, məcburiyyətdən əl çəkməli, Ermənistana özünə bərabər dövlət kimi yanaşmalıdır, əks halda onunla danışıqlar mənasız olacaq”, – Safrastyan bildirib.
Eyni zamanda, Azərbaycan öz təcavüzkar retorikasını dəyişməlidir və Ermənistan Respublikasının suveren ərazisini tərk etməli, Bakıda saxlanılan erməni əsirlərin qaytarmalı, Hadrut və Şuşini işğalçılardan azad edilməli, Artsax xalqının öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşmalı, Artsaxın statusunun aydınlaşdırılmasında maneələr yaratmamaqlıdır.
“Bunlar Minsk Qrupu çərçivəsində – Ermənistan, Azərbaycan və Rusiyanın üçtərəfli platformasında həll edilməli olan məsələlərdir”, – deyə türkoloq əlavə edib.







