
Erməni Soyqırımının tanınması xalqımız və beynəlxalq ictimaiyyət üçün çox vacibdir. “Asia Times”a eksklüziv müsahibəsində Ermənistan Prezidenti Armen Sargsyan Ermənistanın xarici siyasət prioritetlərinə toxunaraq deyib.
“Soyqırımları tanımırsınızsa, onlar davam edir. Necə deyə bilərlər ki, Ruandada soyqırım olmayıb? Etiraf etməliyik ki, soyqırım olub, sonra fikirləşin ki, bununla necə yaşaya bilərsiniz, nəticələri dəyişdirə bilərsiniz”, – deyə Sargsyan bildirib.
Regiondakı vəziyyətdən danışan ER Prezidenti vurğulayıb ki, Ermənistanın Türkiyə kimi qonşusu var və bu halda onun növbəti addımının necə olacağını proqnozlaşdırmaq çətindir.
İranla bağlı Sargsyan bildirib ki, bu ölkə ilə münasibətlər Ermənistan üçün həyati və faydalıdır.
“İran uzun illərdir ki, bizim etibarlı qonşumuzdur. Hətta bir çox qərbi dostlarımız etiraf edirlər ki, İranla fikir ayrılığı və gərginliyi ola bilər, lakin İran-Ermənistan münasibətləri başqa müstəvidə inkişaf edir. Çox vacibdir ki, iqtisadi, siyasi və ya mədəni sahələrdə əlaqələrimiz dərin və səmərəlidir. Tarix göstərir ki, biz İrana etibar edə bilərik və həm dövlət, həm də millət olaraq uzunmüddətli münasibətlərə malik ola bilərik”, – deyə o deyib.
Onun sözlərinə görə, İrana da ikitərəfli münasibətlərdə güclü və sabit Ermənistan lazımdır.
Azərbaycana gəlincə, Armen Sargsyan vurğulayıb ki, Ermənistan-İran-Azərbaycan sərhədində sərhəd gərginliyi davam edir, belə ki, Azərbaycan tərəfi demarkasiya prosesindən əvvəl öz hərbi gücü və ya qalib mövqeyindən istifadə edərək öz oyun şərtlərini tətbiq etməyə çalışır.







