Başlıcaİctimaiyyət
Ermənistanda koronavirus xəstəliyinin “Omikron” versiyası aşkarlanmadı

Ermənistanda koronavirusun “Omikron” versiyası aşkar edilməyib. Sputnik Armenia-nın yazılı sorğusuna cavab olaraq, bu barədə ER Səhiyyə Nazirliyi məlumat yayıb.
“20 dekabra olan məlumatlara görə, Ermənistanda koronavirus xəstəliyinin heç bir “OmiKron” versiyası təsdiq edilməyib”, cavabda deyilir.
Dekabrın 21-nə Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, “Omikron” dünyanın 106 ölkəsində qeydə alınıb.
Honq-Konq, İsrail, Belçika, Çexiya, Almaniya, Böyük Britaniya, İtaliya, Avstraliya, Portuqaliya, Şotlandiya və Hollandiyada yüzlərlə yoluxma halı qeydə alınıb.







