
Yerevanda Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun həmsədrliyi ilə Ermənistan-Rusiya hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının 20-ci iclası keçirilib.
İclas zamanı ticarət-iqtisadi əlaqələrin inkişafı, nəqliyyat, enerji, yüksək texnologiyalar, səhiyyə, təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
İclasda ER Baş nazir müavini Mher Qrigoryan qeyd etdi ki, keçirilən iclasın nəticəsində iki ölkə arasında münasibətlərin inkişafına bir daha təkan verə bilməyi, Ermənistan-Rusiya əməkdaşlığının bütün perspektiv istiqamətlərini tampağı başarıblar.
Baş nazirin müavini çıxışında vurğulayıb ki, 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi, eləcə də Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi imzalanmasının 25 illiyi qeyd olunacaq. Bu kontekstdə baş nazirin müavini əmin edib ki, Ermənistan tərəfi tədbirlərin düzgün təşkili üçün bütün səylərini göstərəcək.
Mher Qriqoryan vurğulayıb ki, iki ölkə arasında münasibətlər hərtərəfli xarakter daşıyır, onlar istisnasız olaraq dövlətlərarası münasibətlərin bütün sahələrini əhatə edir.
İclas zamanı Ermənistan və Rusiya arasında bir çox sənədlər imzalanıb.







