
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, Türkiyə İğdır-Naxicevan qaz kəmərinin tikintisinə ən qısa zamanda başlanacağını gözləyir.
“Azərbaycan və Türkiyə ötən ilin dekabrında İğdır-Naxicevan qaz kəmərinin tikintisinə dair memorandum imzalayıblar. Ümid edirik ki, SOCAR və BOTAS bu layihənin icrasını tezliklə başa çatdıracaq. Texniki inkişaf başa çatdıqdan sonra biz boru kəmərinin tikintisinə ən qısa zamanda başlanacağını gözləyirik”, – deyə Dönməz I Azərbaycan-Türkiyə Enerji Forumunda bildirib.
Azərbaycanın energetka naziri Pərviz Şahbazov öz növbəsində qeyd edib: “Bu kəmər vasitəsilə illik 500 milyon, gündəlik 1,5 milyon kubmetr təbii qaz ötürüləcək. Naxicevan üzərindən ötürülən təbii qaz Azərbaycan və Türkiyə arasında enerji sahəsində əlaqələri daha da gücləndirəcək”.
Türkiyə ərazisində İğdır-Naxicevan qaz kəmərinin uzunluğu təqribən 85 km olacaq.







