BaşlıcaSiyasət

Erməni mədəniyyət xadimləri Moskvada Azərbaycan nümayəndələri ilə görüşdə əsirlərin qaytarılması məsələsini qaldırıblar

Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkonun vasitəçiliyi ilə dekabrın 23-24-də Moskvada Ermənistanın mədəniyyət və təhsil sahəsinin bir qrup nümayəndəsi Azərbaycanın mədəniyyət və təhsil sahəsinin nümayəndələri ilə görüşüb. Qarşılıqlı inam yaratmaq üçün Ermənistan nümayəndə heyəti ilk növbədə əsirlərin qaytarılması məsələsini vacib sayıb.

Görüşdə Ermənistan tərəfindən Yerevan Dövlət Tibb İnstitutunun rektoru Armen Muradyan, Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, Stanislavski adına Teatrın direktoru Marianna Mxitaryan və rejissor Harutyun Xaçatryan qatılıb. Azərbaycan tərəfdən isə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak edib.

Babayan bir daha vurğulayıb ki, onların həmin görüşdə iştirak etməkdə əsas məqsədi məhbuslar məsələsini yenidən gündəmə gətirmək olub. O hesab edir ki, bu məsələyə bütün platformalarda toxunulmalıdır.

Ruben Babayanın sözlərinə görə, belə görüşlərin davamlı olması nəticələrdən asılıdır.

Daha çox göstər
Back to top button