Başlıcaİctimaiyyət

“Media haqqında” qanun layihəsinə qarşı etiraz: polis və aksiya iştirakçıları arasında qarşıdurma yaranıb

Dekabrın 28-də otuza yaxın jurnalist yenidən Azərbaycan Milli Məclisinin binası qarşısında etiraz aksiyası keçirib. Jurnalistlər mətbuatın hüquqlarını və söz azadlığını məhdudlaşdıran “Media haqqında” qanun layihəsindən narazılıqlarını bildiriblər.

Aksiya iştirakçıları parlamentin jurnalistlərin qanun layihəsinə dəyişiklik etmək çağırışlarına və tələblərinə məhəl qoymamasından qəzəblərini ifadə ediblər, Turan agentliyi bildirir.

Jurnalistlər “Mürtəce qanuna yox!”, “Azad mətbuat”, “Reyetsri də götür, bas bayıra” şüarları səsləndiriblər.

Polis dəstələri jurnalistləri əhatə edib, onları uzaqlaşdırmağa çalışıb, plakatları iştirakçıların əlindən alıb, polis və aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Bundan sonra polis aksiya iştirakçılarını itələməyi dayandırıb.

Daha çox göstər
Back to top button