Başlıcaİctimaiyyət
Fransanın Bove şəhərindəki Bilal Məscidi bağlandı

Fransanın Bove şəhərindəki Bilal Məscidi ilə bağlı məhkəmənin qərarı açıqlanıb. Bu barədə AFP agentliyi məlumat yayıb.
“Radikal məzmunlu moizələrin oxunması” səbəbilə ibadətgahın fəaliyyəti 6 ay müddətinə dayandırılıb.
Bundan əvvəl Fransa Daxili İşlər Nazirliyi bəyan etmişdi ki, Bove məscidinin imamı “xütbələrində nifrət və zorakılığa sövq etməklə cihad ideyalarına haqq qazandırıb”.
Məscidlə bağlı məhkəməyə dekabrın 14-də Bove şəhərinin yerləşdiyi Uaza departamenti rəhbərliyi müraciət edib.
Qeyd edək ki, bundan öncə də Fransa məhkəmələrində daha 21 məscidin birdəfəlik və ya müvəqqəti bağlanmasıyla bağlı qərarlar qəbul edilib.







