
Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Zaqafqaziyada sülhün bərqərar olmasında maraqlıdır.
Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalına müsahibəsində deyib.
“Şəxsən mən bu prosesə çox səy göstərmişəm. Mən dəfələrlə Əliyev, baş nazir Paşinyanla danışmışam. Gürcüstan Qafqazda həmişə düzgün yer və rola malik olub və belə də qalır” – deyə Qaribaşvili bildirib.
O qeyd edib ki, Ermənistan və Azərbaycan liderləri iki ölkə arasında münasibətləri yeni səviyyəyə qaldırmağa çalışırlar.
Xatırladaq ki, rəsmi Tiflis dəfələrlə Bakı və İrəvan arasında danışıqlar üçün platformanın təmin olunması təklifi ilə çıxış edib.







