
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ER Baş naziri Nikol Paşinyana Yeni il və Milad bayramı münasibətilə təbrik məktubu göndərib. Mesajda deyilir:
“Hörmətli Nikol Vovayeviç,
Sizi Yeni il və Milad bayramı münasibətilə ürəkdən təbrik edirəm.
Ötən il ərzində bizim müntəzəm ünsiyyətimiz Rusiya-Ermənistan münasibətlərinin dostluq, müttəfiqlik xarakterini tam təsdiqlədi.
Ümid edirəm ki, birgə səylərlə biz müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın, həmçinin Aİİ, KTMT, MDB və digər çoxtərəfli strukturlar çərçivəsində tərəfdaşlığın daha da dinamik inkişafını təmin edəcəyik. Bu, Rusiyanın və Ermənistanın qardaş xalqlarının fundamental maraqlarına uyğundur, Zaqafqaziya regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə uyğundur.
Hörmətli Nikol Vovayeviç,
Sizə möhkəm cansağlığı, uğurlar, ən xoş arzular, bütün həmvətənlərinizə sülh və firavanlıq arzulayıram”.







