
Azərbaycanın başlatdığı təcavüzkar müharibə nəticəsində 24 dekabr 2021-ci il tarixinə olan məlumata görə, Ermənistanda və Artsaxda öldürülən hərbçilərin və mülki şəxslərin ümumi sayı 3808 nəfərdir. “Sputnik Aremnia”nın yazılı sorğusuna cavab olaraq bu barədə ER İstintaq Komitəsi məlumat verib.
“Cari il dekabrın 24-nə olan məlumata görə, 1417 nəfərin meyiti/qalpığı məhkəmə-genetik ekspertizası ilə tanınıb”, – İstintaq komitəsinin cavabında bildirilir.
16 avqust 2021-ci il tarixinə olan məlumata görə, 53 çətin nümunə təkrar müayinə üçün Hollandiyaya göndərilib, cavabları alınıb. Noyabrda 47 nümunə göndərilib ki, onlardan 42-sindən DNT nümunəsi alınıb, 37-nin şəxsiyyəti müəyyən edilib, 5-i isə naməlum olaraq qalır.







