
Türkiyənin Pegasus aviaşirkəti İstanbul – Yerevan – İstanbul reyslərinin yerinə yetirilməsinə icazə almaq üçün Ermənistan Mülki Aviasiya Komitəsinə müraciət edib. Bu barədə çərşənbə axşamı ER-nın Ərazi İnkişafı və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Harutyunyan bildirib.
Mülki Aviasiya Komitəsi ərizəyə baxmağa başlayıb və ağlabatan müddətdə qərar qəbul edəcək.







