Başlıcaİctimaiyyət
Rusiya vətəndaşları Yeni il bayramlarını Ermənistanda qeyd etməyə üstünlük verirlər

Rusiya vətəndaşlarının 2022-ci ili qeyd edəcəkləri ən populyar istiqamətlər Soçi, Ermənistan, Maldivlər və Seyşel adalarıdır. Bu barədə “ТАСС” yazdı.
Qeyd olunur ki, Rusiya sakinləri tətillərini ölkə daxilində keçirmək üçün Soçi, Krasnodar, Sankt-Peterburq və Kalininqrad kimi şəhərlərini seçiblər.
Eyni zamanda, rusların öz ölkəsi daxilində səyahətə marağının artması fonunda yaxın ölkələrə səfərlərə tələbat da artıb. Bu kontekstdə ruslar Yeni il bayramlarını qeyd etmək üçün Ermənistana üstünlük verirlər.
Ruslar BƏƏ, xüsusilə Dubay, həmçinin İordaniya və Mərakeşlə də maraqlanırlar.







