
Armen Sarkisyan nüfuzlu “The Spectator world” jurnalına müsahibə verərək islahatların həyata keçirilməsini sürətləndirmək
Bərpa olunmaq və yenidən qurmaq üçün Ermənistan ilk növbədə “xilaskarlar” axtarmaq kimi tarixi vərdişindən əl çəkməli və öz gələcəyi üçün məsuliyyət daşımalıdır.
ER Prezidenti Armen Sarkisyan nüfuzlu beynəlxalq “The Spectator world” jurnalına müsahibəsini Prezidentin saytından məlumatlanmışıq.
Məqalənin müəllifi, tanınmış yazıçı-jurnalist Kapil Komireddinin aylar əvvəl Ermənistana səfər etdiyi bildirilir. Bir çox müsahibələr arasında o həmçinin, Sarkisyanla da danışıb.
“Hər hansı bir xarici yardım öz gücündən istifadə etməkdən boyun qaçıran xalqı dirçəldə bilməz. Azərbaycan neft gəlirlərinə malik olduğu üçün bizi xeyli ötüb. Bəs bir və ya iki nəsildən sonra neftin nə dəyəri olacaqdır?” – deyərək Sarkisyan bildirib.
Sarkisyan islahatların həyata keçirilməsini sürətləndirmək üçün istefaya getməyə hazırdırmı sualına o, cavab verib ki, Ermənistan Prezidenti olmaq onun həyatının ən böyük şərəfidir.
“Ancaq özümə hörmət edilmək üçün bu işə razılıq vermədim. Mən Ermənistana xidmət etməyə gəlmişəm. Əgər yeni Konstitusiya qəbul etsək, onun icrasına və ölkənin irəliləyişinə hər hansı şəkildə mane olarsa, bir saniyə belə o vəzifədə qalmaram”- deyərək o, əlavə edib.
Və burada xarici təcavüz, daxili müharibələr nəticəsində ruhdan düşmüş xalqı necə bərpa etmək olar sualına Sarkisyan cavab verdi ki, səhvləri daxildə axtarmağa başlamalıyıq. Prezident təkid edir ki, “milli depressiya”nın bu çətin dövrünü “milli oyanış” fürsətinə çevirmək olar.







