Başlıcaİctimaiyyət
Əbdürrəhman Vəzirov Moskvada dünyasını dəyişib

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov yanvarın 10-da Moskvada 91 yaşında vəfat edib. Bu barədə onun yaxınları haqqin.az-a məlumat veriblər.
Əbdürrəhman Vəzirov 1930-cu ildə Bakıda doğulub. O, SSRİ-nin Hindistanda konsulu, Nepalda və Pakistanda (1985-1988) fövqəladə və səlahiyyətli səfiri olub. 1988-ci ildə Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi təyin edilib.
“Ə.Vəzirovun uzaqgörən və antimilli siyasəti respublikada siyasi təlatümlərə səbəb oldu. Sabitliyin pozulması sovet qoşunlarının Bakıya daxil olması və çoxlu mülki əhalinin itkisi ilə başa çatdı. Vəzirov 1990-cı il yanvarın 18-də Bakıdan qaçıb və son günlərinə qədər Moskvada yaşayıb”- deyə mənbə yazır.







