BaşlıcaBeynəlxalqSiyasət

Ağ Ev Blinkenin Rusiya sülhməramlıları haqqında söylədiyi fikirlərə münasibət bildirib

ABŞ dövlət katibi Entoni Blinkenin Rusiya sülhməramlı qüvvələrinin xarici ölkələrdə olması ilə bağlı sözləri Ağ Evin mövqeyini əks etdirir. Bu barədə ABŞ administrasiyasının nümayəndəsi bildirdi.

“Dövlət katibi Blinkenin dünən verdiyi bəyanatlar ABŞ-ın danışıqlardakı mövqeyini əks etdirir”,- deyə o qeyd etdi.
Bundan əlavə, Ağ Ev Rusiyanın gələcək görüş kontekstində təklif etdiyi bir sıra məsələlər üzrə fikir ayrılığını qeyd etdi.

Rusiya sülhməramlılarının Qazaxıstanakə fəaliyyətini şərh edən Blinken “yaxın tarixdən ibrət almaq lazımdır. Çünki bir dəfə ruslar sizin evinizə soxuldusa, onları qovmaq çox çətin olacaq” ifadəsini işlədib.

Buna cavab olaraq Rusiya XİN bəyanat yaydı. Qeyd olunub ki, Blinken tarix dərslərini çox sevirsə, bunları bilməlidir “Amerikalılar kiminsə evinə gələndə həyatda qalmaq, soyğuna uğramamaq çətin olur. Yaxın keçmiş deyil, ABŞ-ın 300 illik tarixi bizə dərs verir. Şimali Amerika qitəsindəki hindular, koreyalılar, vyetnamlılar, iraqlılar, panamalılar, yuqoslavlar, liviyalılar, suriyalılar və bu çağırılmamış qonaqları öz evlərində görən digər bədbəxt insanlar bu barədə çox şey danışa bilərlər”.

Daha çox göstər
Back to top button