Ermənistan və Amerika Birləşmiş Ştatları diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir, bu münasibətlə ER XİN bəyanat yayıb.
Bəyanatda deyilir:
“Ermənistan Respublikası və Amerika Birləşmiş Ştatları bu gün diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edir.
Müstəqillik əldə etdikdən sonra ABŞ Ermənistanın ən mühüm beynəlxalq tərəfdaşlarından biri olub və olmaqda davam edir, ölkədəki inkişaf və islahat proqramlarını ardıcıllıqla dəstəkləyir.
Ermənistan da ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirakını və balanslaşdırılmış siyasətini vurğulayır.
Əminliklə deyə bilərik ki, bizim otuz illik tərəfdaşlığımız, insan hüquqlarının qorunması, demokratik prinsiplərə və qanunun aliliyinə riayət edilməsi ümumi dəyərlər toplusuna əsaslanır.
Məmnuniyyətlə vurğulayırıq ki, 2019-cu ildə Ermənistan-Amerika münasibətləri strateji dialoqun yeni səviyyəsinə qaldırılıb, biz ümid edirik ki, bu, dövlətlərimiz arasında əməkdaşlığın gündəliyində yeni təkan olacaq.
Erməni Soyqırımının tanınması ABŞ-ın fundamental insan hüquqlarının müdafiəçisi kimi çıxış etməsinin əyani sübutudur. ABŞ Konqresinin iki palatasının 2020-ci ildə qəbul etdiyi qətnamələr, ABŞ Prezidentinin 24 aprel 2021-ci il tarixli bəyanatı insan hüquqlarının aliliyinin təmin edilməsi, tarixi ədalətin bərpası, növbəti soyqırımların qarşısının alınması baxımından mühüm addım olub.
Xalqımız üçün çox mühüm hadisələr zamanı ABŞ Ermənistanın yanında olub. Ermənistan özünün təvazökar potensialı ilə beynəlxalq terrorizm, sülh və təhlükəsizliklə mübarizədə Amerikanın təşəbbüslərində iştirak edib və onları dəstəkləyib.
Amerika-erməniləri fəal fəaliyyəti ilə ölkələrimizi birləşdirən körpü olan bizim ikitərəfli münasibətlərimizə əvəzsiz töhfələr veribdir.
Ümid edirik ki, qarşılıqlı faydalı əməkdaşlıq gələcəkdə xalqlarımızın xoş rifahı naminə yeni nailiyyətlər gətirəcəkdir”.







