
Naməlum şəxslər Ermənistan və Belarusun Moskvadakı səfirliklərində partlayış təhlükəsi yarandığını elan edərək, qoşunların Qazaxıstan ərazisindən çıxarılmasını tələb ediblər.
Bu haqda TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“Ötən gün məlum olub ki, Ermənistan və Belarus səfirliklərinin elektron poçtuna partlayış təhlükəsi ilə bağlı məktub daxil olub. Naməlum şəxslər bu ölkələrin qoşunlarının Qazaxıstan ərazisindən çıxarılmasını tələb edib”- deyə informasiya agentliyinin sözçüsü qeyd edib.
Onun sözlərinə görə, binalarda axtarış aparılıb, heç bir partlayıcı qurğu və ya partlayıcı maddə aşkar edilməyibdir.







