BaşlıcaTəhlil

“Böyük Turan” ideyası Qazaxıstanda boğuldu: Ekspert

Qazaxıstanda, eləcə də Cənubi Qafqazda və postsovet məkanında gedən siyasi proseslərdə ABŞ və Türkiyə əl-ələ verib işləyirlər. Ekspert  Grigor Balasanyan “Sputnik Armenia”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyə ABŞ-dan müstəqil siyasət yürütmə təəssüratı yaratmaq üçün əlindən gələni etsə də, böyük geosiyasi hadisələr zamanı bu iki ölkənin bir-birini tamamladığı aydındır. Qərbin çatmadığı yerdə (xüsusən də türkdilli ölkələrdə), ABŞ ayrı bir qurum kimi Türkiyənin əli ilə hərəkət etməyə çalışır. Qazaxstanda olduğu kimi, təəssürat yaratmağa çalışırlar ki, Türkiyənin ABŞ ilə heç bir əlaqəsi yoxdur, sanki regional dövlət kimi ürək ağrısı ilə yanaşır.

Balasanyan hesab edir ki, KTMT sülhməramlı birləşmələrinin Qazaxıstana daxil olması 1-2 gün geciksəydi, Türkiyə və ya NATO hərbçiləri Almatıya daxil olacaqdı. Bu ABŞ və Türkiyə üçün zərbə idi. ABŞ dövlət katibi Entoni Blinken, Türkiyənin keçmiş baş naziri və keçmiş xarici işlər naziri Əhməd Davudoğlunun KTMT-nin Qazaxıstana müdaxiləsinə verdiyi ağrılı reaksiyalar buna sübutdur.

“Davudoğlu pantürkizmin memarlarından biri idi, bu gün Qazaxıstanda pantürkizm və ya “Böyük Turan” ideyası boğuldu” – deyə ekspert bildirib.

Daha çox göstər
Back to top button