Netflix serialı Türkiyədə səs-küyə səbəb olub – Göstərilən xəritədə Ermənistanın tarixi sərhədləri göstərilib

Netflix-də yayımlanan seriallardan birində İkinci Dünya Müharibəsi zamanı Stalinqrad döyüşünə aid xəritələr yer alıb və bu, Türkiyə ictimaiyyətində böyük səs-küyə səbəb olub.
Türkiyənin yeniakit.com.tr saytı yazır ki, “Netflix-də yayımlanan İkinci Dünya Müharibəsindən bəhs edən sənədli filmdə Türkiyə ərazisi Ermənistan ərazisi kimi təqdim edilib”.

Türkiyə vətəndaşları isə, bildiriblər ki, “RTÜK (Türkiyə Radio və Televiziyasının Ali Şurası) Türkiyəyə qarşı düşmənçiliyini açıq şəkildə nümayiş etdirməkdən çəkinməyən sərhəd təşkilatına qarşı ən sərt sanksiyaları tətbiq etmək üçün addımlar atmalıdır”.
Mənbənin bildirdiyinə görə, ilk hay-küy salan türk dəniz-qlobal strategiyalarının mərkəzi olub. Mərkəzin bəyanatında deyilir: “Biz Türkiyənin ərazi bütövlüyü və suverenliyinə yönəlmiş bütün bu təşəbbüsləri pisləyirik”.







