
Qazaxıstanda beynəlxalq terrorçuların iştirakı ilə bağlı verilən məlumatlar narahatlıq doğurur. Bu haqda Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan yanvarın 10-da KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasında qeyd edib.
“Biz yeni tipli təhdid növləri ilə üzləşməkdə davam edirik. Beynəlxalq terrorçuların iştirakı ilə bağlı verilən məlumatları nəzərə alsaq, Qazaxıstandakı mövcud vəziyyət xüsusi narahatlıq doğurur.
Uzaq olmayan keçmişdə biz özümüz regionumuzda yaddelli terrorçuların problemi ilə üzləşmişik”- deyə Nikol Paşinyan qeyd edib.
ER Baş naziri ümidvar olduğunu bildirib ki, KTMT-nin səyləri qısa müddət ərzində Qazaxıstanda normal həyatın bərpasına töhfə verəcək.
Nikol Paşinyan vurğulayıb ki, təşkilatın əsas prioritetlərindən biri böhran vəziyyətlərinə reaksiya mexanizmlərini gücləndirməkdir.
Buna əsaslanaraq, ER baş nazirinin sözlərinə görə, KTMT-yə üzv dövlətlərin bu mexanizmlərin daha da təkmilləşdirilməsi üçün birgə səylərini artırması gözlənilir.
İclasın nəticələrini yekunlaşdıran Nikol Paşinyan Qazaxıstandakı vəziyyətlə bağlı yüksək səviyyədə qarşılıqlı anlaşmanın olduğunu vurğulayıb.







