ArtsaxBaşlıca

Stepanakert: “ Qazaxıstanda baş verənlər Türkiyənin planlaşdırdığı addımların nəticəsidir”

Qazaxıstanda baş verənlər təbii ki, həm daxili, həm də geosiyasi proseslərin nəticəsidir. Bu haqda Artsaxın Xarici işlər naziri Davit Babayan journalist ilə söhbətində bildirib.

Təbii ki, daxili siyasi səbəbləri, siyasi-ictimai əhəmiyyət kəsb edən müxtəlif ilkin şərtləri tamamilə nəzərdən qaçırmaq olmaz. Buna baxmayaraq, genişmiqyaslı geosiyasi addımlar katalizator və əsas məqsəd olub.

Pantürkist dairələrin xüsusi rolu olub. Fakt isə  Qazaxıstanın pantürkist ideyalar üçün xüsusi əhəmiyyətə malik olması, məncə, tamamilə göz qabağındadır.

Əvvəla, həmin dairələr üçün orada işləmək nisbətən asan idi, ölkə regionun digər ölkələrindən qat-qat açıqdır, ölkə tərkibində çoxmillətli, çoxlu təşkilatlar var.

Bundan başqa, Rusiya ilə praktiki olaraq heç bir mühafizə olunan sərhəd yoxdur, yəni Qazaxıstan ərazisindən Rusiya ərazisindən müxtəlif növ axınların keçməsi ehtimalı var ki, bu da Rusiyanın əsas məqsədlərindən biridir.

Bunu Türkiyə və Azərbaycandakı isterik münasibət də sübut edir. Düzdür, “kamuflyaj” yanaşması var idi. Hakimiyyət neytrallığın tərəfdarı kimi görünür, amma hakimiyyətin real fikrini ifadə edən müxtəlif dairələr – siyasətçilər, analitiklər, hakimiyyətdən maliyyələşən ictimai dairələr geosiyasi ambisiyaları və məqsədləri var, eyni zamanda[WU1]   KTMT, Rusiya və Ermənistana qarşı  ittihamlar səsləndirirlər.

Axı niyə Qazaxıstan? Artıq qeyd edildiyi kimi, o, daha açıqdır, nəhəng resurslara – neft, qaz, uran, digər ehtiyatlara malikdir və eyni zamanda, qonşu ölkələrə cəlb olunma və təsir baxımından çox partlayıcıdır.

Təbii ki, pantürkist dairələr Qazaxıstanda hakimiyyəti ələ keçirə bilsəydilər, mübarizə bununla bitməzdi. Qazaxıstanda müxtəlif xalqların nümayəndələri yan-yana yaşayır.

Ortaya çıxan mərkəzdənqaçma meylləri istər-istəməz Rusiya, Çin və Qazaxıstanda yaşayan rus əhalisinə təsir göstərəcək. Vəziyyət bir çox qonşu ölkələrə yayıla və böyük bir geosiyasi ərazini əhatə edə, böyük zorakılıq ocağı yarada, vəziyyəti sabitliyi poza biləcək partlayışla dolu idi.

Bu, Türkiyənin daha fəal iştirakına imkan yaradardı. Biz indi Ankaranın türk birliyinin həllini fəal şəkildə təbliğ etdiyini, türk dövlətlərinin silahlı qüvvələrinə qoşun yeritdiyini görürük, bu, onların dağıdıcı ruhda davam etmək niyyətində olduqlarının əyani göstəricisidir.

 20 min yaraqlının mükəmməl hazırlığına diqqət yetirmək lazımdır. Bu əslində o deməkdir ki, onlar bir müddət Almatı da daxil olmaqla böyük bir əraziyə nəzarəti ələ keçirə biliblər.

Bir çox analitiklər silahlıların Əfqanıstandan və başqa yerlərdən gəldiyini ehtimal edir. Bu marşrut mümkündür. Amma Türkiyədən Azərbaycana və Xəzər dənizinə qədər daha qısa və tamamilə idarəolunmaz marşrut da var.

Bu marşrutdan istifadə olunduğunu güman etmək üçün çoxlu əsaslar var. Bakıda və Ankarada anti-Rusiya və anti-erməni ritorikasının alovlanması da eyni şeyi göstərir.

Başqa sözlə desək, biz vəziyyətin sabitliyini pozmaq üçün planlaşdırılmış fəaliyyət görürük. Yəqin ki, belə cəhdlərin belə qəfil dayandırılacağını düşünmürdülər.

KTMT-nin əməliyyatları sülhməramlı əməliyyatın effektivliyini göstərdi. Amma hesab edirəm ki, mübarizə bitməyib və digər Mərkəzi Asiya ölkələrində də sabitliyi pozmağa cəhdlər olacaq.

Biz pantürkizmi hərəkətdə görürük. Qazaxıstanın əsas rol oynadığı Erdoğanın son xəritəsini unutmaq olmaz. Çünki Qazaxıstan pantürkizmi Rusiya və Çinə qarşı irəli sürməsə, müqayisə olunmayacaq dərəcədə çətin olacaq.

Bunlar Türkiyə və pantürkist dairələrin təhlükəli ekspansionist layihəsini həyata keçirmək üçün planlaşdırılmış hərəkətləridir. Hesab edirəm ki, layihə həyata keçirilsə, bizim üçün də ölümcül təhlükə yaranar.

 Bunu Türkiyədə də gizlətmirlər, türk siyasətçiləri türk birliyinin əsas nəticəsi kimi Qarabağı misal gətirirlər. Bu proseslərin kifayət qədər müəyyən qarşılıqlı əlaqəsi var.

 Ona görə də emosiyalara boyun əyməməklə radikal pantürkist vektorları dayandırmaq lazımdır və belə qeyri-adekvat qavrayışları görürük. Nəticə qlobal miqyaslı yanğınlar ola bilər” – deyərək Davit Babayan yekunlaşdırıb.


 [WU1]

Daha çox göstər
Back to top button