BaşlıcaSiyasət

Paşinyanla Putin Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, Ermənistanın KTMT-yə sədrliyi nəzərə alınaraq, KTMT-nin Qazaxıstandakı sülhməramlı missiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Qazaxıstanda vəziyyətin normallaşmasına töhfə verən sülhməramlı kontingentin səmərəli koordinasiyası vurğulanıb.

Dağlıq Qarabağ ətrafında mövcud vəziyyət, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixlərində qəbul etdikləri bəyanatlarda təsbit olunmuş razılaşmaların icrasına dair bəzi məsələlər müzakirə edilib.

İki ölkə liderləri müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.

Daha çox göstər
Back to top button