
Sərhəddəki gərginlik və təhlükəsizlikdən narahat olan bir qrup vətəndaş Hökumət binasının qarşısına toplaşıb. Onlar tələb edirlər ki, 18-20 yaş arası hərbçilər müdafiəsiz cəbhəyə aparılmasın.
“18 yaşdan 20 yaşa qədər uşaqlar cəbhə bölgəsinə müdafiəsiz, açıq havada, yaramaz geyimdə, sərhəddə silahsız getməsinlər, onlar top yemi deyil. Mən ləyaqətli sülh istəyirəm”, – deyə ictimai xadim Şoğer Matevosyan jurnalistlərlə söhbətində bildirib.
“Sülh şəraitində qurbanlar verməyə davam edirik. Belə davam edə bilməz, yeni mexanizmlər düşünülməlidir. Düşünürəm ki, bunun həlli, məsələn, beynəlxalq sülhməramlı qüvvələrin, monitorinq qruplarının bu regiona cəlb edilməsi ola bilər, amma bizə təklif olunanlar işləmir. Biz nə KTMT-dən, nə də Rusiyadan reaksiya almırıq” – deyə hüquq müdafiəçisi Nina Karapetyants əlavə edib.







