
Almatıdakı erməni sülhməramlı bölməsinin əsas vəzifələrindən biri də “Barekamutyun” suqəbuledicisini qorumaq idi. Bu barədə TASS məlumat yayıb.
Stansiya strateji əhəmiyyətə malik obyektdir və onun çirklənməsinin nəzəri təhlükəsi var idi.
Erməni sülhməramlıları Almatıda ən böyük çörək zavodunun təhlükəsizliyini təmin ediblər.
KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci yanvarın 6-da olan qərarına əsasən, vəziyyəti sabitləşdirmək və həll etmək üçün KTMT-nin Kollektiv sülhməramlı qüvvələri məhdud müddətə Qazaxıstana göndərilib.
Qeyd edək ki, qrupa Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstanın silahlı qüvvələrinin bölmələri daxil idi.







