
Ermənistanın BMT-dəki daimi nümayəndəsi Andranik Hovhannisyan 2022-ci ildə BMT-nin İnsan hüquqları şurasının sədr müavini seçilib.
Bu haqda Tviterdə İnsan hüquqları şurasının rəsmi səhifəsi məlumatlandırıb.
2022-ci ildə şuraya Argentina sədrlik edəcək. BMT-nin İnsan hüquqları şurasının digər üç sədr müavini Almaniya, Özbəkistan və Liviya nümayəndəlikləridir.







