BaşlıcaBeynəlxalq

İran qonşu ölkələrlə sərhədlərində səyahət qadağasını ləğv edib

İran qonşu ölkələrlə sərhədlərində səyahət qadağasını ləğv edib. “Mehr” xəbər verir ki, bu haqda  İranın Daxili işlər naziri Əhməd Vahidi deyib.

Onun sözlərinə görə, qonşu dövlətlərin vətəndaşları yanlarında mənfi PCR test nəticəsi və ya peyvənd sübutu olduqda quru sərhədindən İrana daxil ola bilərlər.

Vahid əlavə edib ki, Covid-19 epidemiyasına nəzarət edilən ölkələrin hava sərhədlərindən sərnişinlərin İrana daxil olmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

 O, həmçinin əlavə edib ki, məhdudiyyətlər Avropa ölkələri, Fransa və İngiltərə üçün hələ də qüvvədə  qalmaqdadır.

Daha çox göstər
Back to top button