BaşlıcaSiyasət

KTMT sülhmaramlıların ölkədən çıxarılmasına yanvarın 13-də start veriləcək: Tokayev

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirdi ki, KTMT sülhməramlı qoşunlarının respublikadan çıxarılmasına yanvarın 13-də başlanması planlaşdırılır.

“Sabahdan KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılmasına başlanılır. Mən müvafiq dövlətlərin rəhbərləri ilə danışıqlar apardım. Fürsətdən istifadə edərək, komandanlığa son bir neçə gündə gördüyü işlərə görə təşəkkürümü bildirmək istəyirəm”,- deyə oq eyd etdi.

Xatırladaq ki, Qazaxıstanda etirazlar 2022-ci ilin ilk günlərində ölkənin cənub-qərbində yerləşən Canoz və Aktau şəhərlərində başlayıb. İki gün sonra respublikanın keçmiş paytaxtı və ən böyük şəhəri olan Almatıda (şərq) iğtişaşlar baş verdi. Daha sonra Qazaxıstan Prezidenti Kasım Komart-Tokayev KTMT-yə “terror təhlükəsinin aradan qaldırılmasında” kömək üçün müraciət etdi.

Daha çox göstər
Back to top button