ArtsaxBaşlıcaSiyasət

ER müdafiə naziri Rusiyanın Artsaxdakı sülhməramlı qüvvələrinin yeni təyin olunmuş komandirini qəbul edib

Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradovu və Rusiya Federasiyasının Artsaxda yeni təyin olunmuş Sülhməramlı Qüvvələrinin komandanı general-mayor Andrey Volkovu qəbul edib. Bu barədə məlumatı Müdafiə Nazirliyi yaydı.

“Tərəflər Rusiya Federasiyasının regionda hərbi-siyasi vəziyyəti sabitləşdirmək səylərini, həmçinin Artsaxda sülhməramlı missiyanın prosesini və efеktivliyini yüksək qiymətləndiriblər”,- deyə bəyanatda qeyd olunub.

Həmsöhbətlər regional təhlükəsizlik ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Daha çox göstər
Back to top button