BaşlıcaSiyasət

ER parlamentinin spikerinin başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a səfər edəcək

ER parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti yanvarın 15-20-də Vaşinqtonda işgüzar səfərdə olacaq. Parlament sədrinin müvafiq sərəncamı parlamentin rəsmi saytında dərc olunub.

Nümayəndə heyətində“Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Koncoryan, deputat Mariya Karapetyan, “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan da var.

Alen Simonyanın digər sərəncamına əsasən, yanvarın 17-20-də parlament sədrinin səlahiyyətlərini müvəqqəti olaraq müavini Hakop Arşakyan icra edəcək.

Daha çox göstər
Back to top button