Başlıcaİctimaiyyət

Azərbaycan ordusunun hərbi qulluqçusu ölüb

Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan ordusunun hərbi qulluqçusu həlak olub.

“Azərbaycan ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olması faktını təsdiq edirik”.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Azərbaycan ordusunun həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavidan Məmmədli Şəki rayonunda dəfn edilib.

Daha çox göstər
Back to top button