BaşlıcaTəhlil

Azərbaycanın AİB-ə üzv olması əlverişli deyil – Ekspert rəqəmləri təqdim edib

Aydındır ki, Azərbaycanın AİB-ə üzv olması əlverişli deyil. Bunu iqtisadçı ekspert Ara Karyan jurnalistlərə bildirib.

O bildirib ki, Rusiyadan Azərbaycana yatırılan investisiyaların həcmi 6 milyard dollar, o cümlədən 4 milyard dolları birbaşa investisiyalar, Azərbaycanın Rusiyaya yatırılan investisiyaları isə 1,5 milyard dollar təşkil edir.

“KTMT və AİB-ə üzvü olan Ermənistana Rusiyanın investisiyaları 2,1 milyard dollar təşkil edir. Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 2,6 milyard dollar, Rusiya ilə Azərbaycan arasında isə 2 milyard dollara yaxındır. Çindən Azərbaycana idxalın həcmi 1,4 milyard dollar, Türkiyədən isə 1,6 milyard dollar təşkil edir. Daha 3 milyard dollar isə bu indeksdə ilk onluğa daxil olan digər ölkələr tərəfindən idxal edilir. Amma AİB ölkələrindən idxal 3 dəfə azdır – 2,2 milyard dollar”, – Karyan bildirib.

Onun sözlərinə görə, AİB-ə üzvlük ixrac baxımından Bakı üçün əlverişli deyil, çünki ittifaqın enerji bazarında ümumi oyun qaydaları var. İxrac (əsasən enerji) İtaliyaya 4,7 milyard dollar, Rusiyaya isə təxminən 700 milyon dollar təşkil edib.

Daha çox göstər
Back to top button