BaşlıcaSiyasət

CCAF Fransa hakimiyyətini Azərbaycandan izahat tələb etməyə çağırıb

Fransandakı Erməni Təşkilatlarının Koordinasiya Şurası (CCAF) yanvarın 13-də Azərbaycan prezidenti İlham Əliyevin, Fransada Respublikaçılar Partiyasından prezidentliyə namizəd, İl-de-Frans regionunun prezidenti Valeri Pekresə qarşı təhdidləri ilə bağlı bəyanat yayıb.

Əliyev bəyan edib ki, Valeri Pekresin Dağlıq Qarabağa səfərindən Azərbaycanın xəbəri yoxdur, lakin bilsəydi, aydındır ki, onun Dağlıq Qarabağı tərk etməsinə icazə verməyəcəkdi.

“Armenpress”in məlumatına görə, CCAF xüsusilə Fransa hakimiyyətini prezidentliyə namizədə qarşı belə təhdid xarakterli bəyanata görə Azərbaycandan izahat verməyi və üzr istəməyi tələb etməyə çağırıb və qəbul etməsə, öz səfirini Bakıdan geri çağırmağa və Fransadan Azərbaycan səfirini deportasiya etməyə çağırıb.

Fransa prezidentinin namizədi Valeri Pekres özü də mətbuatla söhbətində prezident seçkilərində namizədə bu cür hədə-qorxu gəlməyin ciddiliyini qeyd edib və bildirib ki, namizəd istədiyi yerə getməkdə sərbəst olmalıdır. Valeri Pekres qeyd edib ki, bu təhdidlər onu qorxutmur, lakin Fransa hökumətinin təhdidlərə səssiz qalmasından şoka düşüb.

Pekres xarici ölkə prezidentinin Fransa prezidentliyinə namizədə belə təhdidlərə Fransa hökumətinin rəsmi cavab verməsini istərdi. Fransa prezidentliyinə namizəd Valeri Pekres 2021-ci il dekabrın 21-23-də Ermənistan və Artsaxa səfər edib. Səfər zamanı onu Fransanın keçmiş xarici işlər naziri, keçmiş Avropa komissarı Mişel Barnye, eləcə də Fransa Senatının Respublikaçılar fraksiyasının rəhbəri Bruno Retayo müşayiət edib.

Daha çox göstər
Back to top button