ArtsaxBaşlıcaTəhlil

Dağlıq Qarabağda müstəqil müşahidəçilərin olmadığı bir şəraitdə atışmaların həlli üçün mexanizmlər yoxdur: HRW

“Human Rights Watch” insan hüquqları təşkilatı yanvarın 13-də növbəti illik hesabatını açıqlayıb. Məlumatı Amerikanın Səsi yayıb.

Hesabatın Azərbaycan hissəsində deyilir ki, ötən ilin martında prezident İlham Əliyev əfv fərmanı ilə 40-a yaxın siyasi motivli ittihamlarla həbs olunmuş müxalifət fəalını, dindarı, jurnalisti, insan haqları fəalını azadlığa buraxıb.

“Lakin onlarla insan hələ də qanunsuz olaraq həbs cəzası çəkir, hökumət tənqidçiləri, fərqli düşünənləri hədəfə alır” illik hesabatında deyilir.

Təşkilat bildirir ki, 2020-ci ilin müharibəsi başlanandan sonra hakimiyyətlə siyasi müxalifət arasında gərginlik azalıb.

“Buna baxmayaraq hökumət fərqli səslərə qarşı düşmən mövqeyində qalıb. Məhdudlaşdırıcı qanunlar qeyri-hökumət təşkilatlarının müstəqil fəaliyyətini önləyir. İl boyu işgəncə və pis rəftarla bağlı məlumatlar gəlib.”

Bundan əlavə hesabatda ölkədə siyasi müxalifətin üzləşdiyi təqiblərdən söz açılır. Hesabatda qeyd olunur ki, münaqişə vaxtı məktəblərə ciddi ziyan dəyməsinə baxmayaraq, Azərbaycan hələ də Təhlükəsiz Məktəblər Deklarasiyasını ratifikasiya etməyib. 112 ölkənin imzaladığı bu beynəlxalq sazişin məqsədi münaqişə vaxtı təhsili qorumaqdır.

“Human Rights Watch” münaqişə vaxtı Azərbaycan qüvvələrinin erməni hərbi əsirləri pis rəftara, alçalmaya məruz qoyduğunu bildirir.

Human Rights Watch” təşkilatı Azərbaycanda gender zorakılığının yayıldığı, amma bu problemin yetərincə işıqlandırılmadığı da qeyd edilir. Rəsmilərin qurbanların qorunmasına yönəlik fəaliyyətində ciddi boşluqlar olduğu vurğulanır.

“COVID-19-la bağlı məhdudiyyətlər məişət zorakılığının artmasına səbəb olub, sığınacaq rəhbərləri sığınacaq axtaran qadınların sayının çoxaldığını deyirlər”, hesabatda deyilir.

Qrum bildirib ki, regionda onsuz da COVID-19 nəticəsində zərər görmüş təhsilin səviyyəsi müharibə dövründə daha da ağırlaşıb. Rəsmi məlumatlara görə, Ermənistanda ən az 71, Azərbaycanda isə 54 məktəb döyüşlərdə zərər görüb və dağıdılıb:

“Münaqişə zamanı məktəblərə dəyən zərərə baxmayaraq, Azərbaycan hələ də 112 ölkə tərəfindən imzalanmış silahlı münaqişələr zamanı təhsili qorumaq üçün nəzərdə tutulmuş Təhlükəsiz Məktəblər Beynəlxalq Bəyənnaməsinə qoşulmayıb”.

HRW hesab edir ki, Azərbaycan silahlı qüvvələri bir çox erməni müharibə əsirlərinə qarşı fiziki zorakılıq hallarına və alçaldıcı davranışlara yol verib.

“Human Rights Watch” həmçinin, erməni vətəndaşlara, o cümlədən yaşlı insanlara qarşı işgəncə və sui-istifadə faktlarını, habelə 2021-ci ilin əvvəllərində qanunazidd öldürmə hallarını sənədləşdirib:

Təşkilat bildirib ki, 2021-ci ildə Azərbaycan 100-dən çox erməni hərbi və mülkü əsirini geri qaytarıb.

Sentyabrda Ermənistanın Ombudsman Aparatı qeyd edib ki, ən az 41 hərbi əsir və 4 mülkü vətəndaş Azərbaycanda həbsdə saxlanılır: “Həbsdə saxlanılanların dəqiq sayı bəlli deyil. Azərbaycan hökuməti bu məhbusları hərbi əsir kimi tanımır”.

HRW qeyd edir ki, Azərbaycan hakimiyyəti həbsdə qalan erməni hərbçilərini terrorçuluqda şübhəli bilsə də, məhkəmə prosesi zamanı onlardan bəzilərinə qarşı bu ittiham ləğv edilib:

“Onlar daha sonra sərhədi qanunsuz keçmə və silah saxlamaqda ittiham ediliblər. Bu əsirlərdən bir çoxu Ermənistanın iyun və iyul aylarında minalanmış ərazilərin xəritəsi verməsi qarşılığında Azərbaycanın azad etdiyi 30 hərbçisinin arasındadır”.

Hesabatda bildirilir ki, Azərbaycan məhkəməsi bəzilərinin mülki vətəndaş olduğu bildirilən ən azı altı etnik erməniyə müxtəlif ittihamlarla azadlıqdan məhrum edib.

Daha çox göstər
Back to top button