BaşlıcaBeynəlxalq

Xaviyer Kolomina: “NATO Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin Moskvada görüşünü alqışlayır”

NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xaviyer Kolomina Tvitter hesabında yazıb ki, NATO Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin Moskvada görüşünü  təqdirə layiq hesab edir.

“NATO Yerevan və Ankaranın  münasibətlərin normallaşmasına tərəfdardır ki, bu da regionda sabitliyin təmin olunmasına kömək edəcək. Biz Ermənistan və Türkiyənin gələcək səylərini təşviq edirik” – deyərək Kolomina qeyd edib.

Yanvarın 14-də Moskvada Ermənistan və Türkiyənin xüsusi nümayəndələri, ER parlament sədrinin müavini Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç arasında görüş keçirilib.

Daha çox göstər
Back to top button