Başlıcaİctimaiyyət

Azərbaycan AİHM qərarlarının icrasına görə sonuncu yeri tutur: Xalid Ağaliyev

Əvvəlki illərin göztəricilərilə müqayisədə Avropa İnsan Hüquqları Məhkəməsinin 2021-ci ildə Azərbaycanla bağlı qəbul etdiyi qərar və qərardadların ümüumi çərçivəsi xeyli genişdir. Əgər indiyə qədər Strasburq məhkəməsi Azərbaycanla bağlı adətən mahiyyəti üzrə 10-15 qərar qəbul edirdisə, 2021-ci ildə bu göstərici bir neçə dəfə artıb. Son bir ildə Avropa məhkəməsi Azərbaycanla bağlı ümumilkdə 84 qərar və qərardad qəbul edib. Bunların da 30-dan çoxu mahiyyəti üzrədir. Yəni, bu baxımdan biz 4-5 ilin göstəricilərini toplasaq və 2021-ci ildə qəbul edilən qərar və qərardadlarla müqayisə etsək, qat-qat artım müşahidə olunur. İndiyədək Avropa məhkəməsi Azərbaycanla bağlı illik ən çox 800 min avro təzminat müəyyən edib. 2021-ci ildə bu məbləğ 1,9 milyon avroya çatıb. Bu barədə hüquq sahəsində ekspert, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının monitorinqi üzrə qrupun rəhbəri Xalid Ağaliyev “Amerikanın səsi”nin Azərbaycan xidmətinə müsahibəsində bildirib.

Azərbaycandan olan işlərin xarakterinə gəldikdə, 84 qərarın yarısı seçki hüququnun pozulması ilə bağlı olub.

Avropa İnsan Hüquqları Məhkəməsi onların mahiyyəti üzrə qərar qəbul etməyib, çünki hökumət özü 50 nəfərin hüquqlarının pozulduğunu etiraf edib və bu barədə Strasburq məhkəməsinə məlumat verib.

Həmçinin 40-a yaxın ərizəçinin birləşmək azadlığı hüququnun pozulduğu etiraf edilib.

Ancaq ən çox ədalətli məhkəmə araşdırması hüququnun pozulması tanınıb.

Yəni, işlərin əksəriyyəti Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycanda işlərə ədalətli baxılmadığına görə daxil olur.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasının vəziyyətilə bağlı suala cavabda ekspert təəssüflə qeyd edib ki, bu göstəriciyə əsasən  Azərbaycanın Avropa Şurası ölkələri arasında sonuncu yeri tutur.

Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin məlumatlarına görə, Azərbaycan indiyədək 300-dən artıq qərarın yalnız 60-a qədərini icra edib. Həmin icralar da tam icra deyil. Məsələn, fərdi tədbirlər icra edilib, amma ümumi tədbirlərin icrasında problemlər qalmaqda davam edir.

Hazırda icrasını gözləyən qərarların sayı təxminən 270-ə yaxındır. Bu da Avropa məhkəməsi yurisdiksiyasını qəbul etmiş ölkələrlə müqayisədə təəssüf ki, çox pis göstəricidir.

İcrası problemli olan qərarların böyük hissəsi daha çox siyasi motivli işlərlə bağlıdır. Həmin işlərdə hətta fərdi təzminatların ödənilməsində də problem var.

Ekspert təəssüflə qeyd edib ki, Azərbaycan məhkəmələri Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarından istifadə etmirlər.

Daha çox göstər
Back to top button