Başlıcaİctimaiyyət

Azərbaycanda “Tərtər işi” yenidən araşdırılır

Azərbaycanın hüquq-mühafizə orqanları 2017-ci ildə Ermənistanın xeyrinə casusluqda ittiham olunan hərbçilərə işgəncə verilməsilə bağlı “Tərtər işi”nin istintaqını davam etdirir. Həm hakimiyyət strukturları, həm də hüquq müdafiəçiləri 100-dən çox insana işgəncə verildiyini bildirirlər. Rəsmilər bir, hüquq müdafiəçiləri isə 11 nəfərin öldüyünü deyirlər. Daha əvvəl bu iş üzrə bəzi icraçılar mühakimə olunub cəzalandırılsalar da, o vaxt baş verənlər ətraflı araşdırılmayıb. Məlumatı BBC yayıb.

2017-ci ilin may ayında – Dağlıq Qarabağla bağlı münaqişənin növbəti mərhələsindən sonra Azərbaycanda hərbçiləri kütləvi şəkildə həbs edərək inşgəncələrə məruz qoyublar. Tərtər rayonunun administrativ binasında baş verən bu prosesdə hərbçilərdən Ermənistanın xeyrinə casusluqla məşğul olmalarıyla bağlı etiraf tələb ediblər.

Hüquq müdafiəçilərinin sözlərinə görə, işgəncələr nəticəsində 11 nəfər ölüb. Həm işgəncələrə məruz qalmış hərbçilər, həm də onların ailə üzvləri BBC-yə açıqlamalarında bildiriblər ki, o vaxt saxlananları soyundurublar, çubuqla döyüblər, dırnaqlarını çıxarıblar, yara yerlərinə elektrik cərəyanı buraxıblar, pəncərədən atıblar. Zərər çəkənlərin sayı çoxdur, onların kimliyi bəllidir. Bu şəxslər işgəncələr haqqında detallı məlumat veriblər.

Casusluq etdiyini boynuna alan 25 nəfərə 12 ildən 20 ilədək həbs cəzası verilib. Məhkəmələr onların işgəncə altında ifadə vermələri faktını nəzərə almayıb. Öz etiraflarından başqa, cinayət işində onlara qarşı hər hansı ciddi sübut yoxdur.

Hakimiyyət işgəncə faktlarını araşdırmağa başlayıb. Məhkəmələrdə 100-də çox hərbçiyə bəraət verilib, icraçılar haqqında müxtəlif müddətli həbs qərarları çıxarılıb. Ancaq bu qərarlar nə zərərçəkənləri, nə onların ailələrini, nə də hüquq müdafiəçilərini qane edir.

2021-ci ilin noyabr ayında Hərbi prokuror Xanlar Vəliyev mətbuat konfransında bu məsələ haqda danışıb.

O, hərbçilərə qarşı kütləvi işgəncə hallarının olduğunu etiraf edib, amma qeyd edib ki, bu hallar işə Hərbi Prokurorluq baxmazdan əvvəl baş verib. İşgəncələr nəticəsində yalnız bir nəfərin öldüyünü deyən Vəliyev bu hadisənin də rəhbərlik etdiyi qurum məsələdən hali olana qədər baş verdiyini bildirib.

2021-ci ilin dekabr ayında isə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti gözlənilmədən “Tərtər işi” barədə birgə bəyanat yayıblar. Bəyanatda qeyd olunub ki, kütləvi işgəncə hallarıyla bağlı yeni ibtidai istintaq başlanıb və Baş prokurorun birinci müavini Elçin Məmmədov bu işi “xüsusi nəzarətə” götürəcək.

Hüquq müdafiəçiləri Azərbaycanda həm istintaq zamanı, həm də həbsxanalarda insanlara mütəmadi şəkildə işgəncə verildiyini çoxdan deyirlər. Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsinin nümayəndələri 2004-cü ildə bu yana Azərbaycana 6 dəfə səfər ediblər.

2018-ci ildə Komitə belə qənaətə gəlib ki, “polis, digər hüquq-mühafizə orqanları və ordu tərəfindən tətbiq edilən işgəncənin və pis rəftarın digər formaları… sistematik xarakter daşıyır, geniş yayılıb və qarşısı alınmır”.

Rəsul Cəfərovun sözlərinə görə, nəticəsindən asılı olmayaraq işə yenidən baxılması zərərçəkmişlərin yaxınlarına Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət üçün əlavə şans verəcək.

“Nə üçün “Tərtər işi” hamının diqqətini cəlb etdi? Çünki onlar işgəncələr haqqında danışmağa başladılar. Alçaq səslə və evfemizmlərlə, “fiziki zorlama üsullarından istifadə olundu” desələr belə – danışmağa başladılar!” – Azərbaycan İnsan Hüquqları Mərkəzinin rəhbəri Eldar Zeynalov belə deyir.

Onun sözlərinə görə, əvvəllər insanlar şikayət etməkdən, sənədləri ötürməkdən qorxurdular, indi isə buna hazırdırlar – “artıq psixoloji maneə yoxdur”.

Daha çox göstər
Back to top button