BaşlıcaSiyasət

Biz qonşularımızla münasibətləri normallaşdırmalıyıq ki, düşmənçilik nəsillərə ötürülməsin: Sukiasyan

ER Parlamentinin “Mülki müqavilə” fraksiyasının üzvü Xaçatur Sukiasyanın sözlərinə görə, Türkiyə ilə münasibətlərin normallaşacağı təqdirdə, sərhəddən 200 km uzaqda yaşayan türklər Ermənistanın xidmətlərindən istifadə edəcəklər.

Sukiasyan bunu parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, Qars və ətrafındaki ərazilərin əhalisi Ermənistan Respublikasının xidmətlərindən, tibb müəssisələrindən istifadə edə biləcəklər.

“Bizim həkimlərin kifayət qədər yaxşı təhsili var, ola bilsin ki, yerlilər türk olub olmamalarına baxmayaraq, Gümrü ya da Yerevana gələ biləcəklər. Biz də onlarda yaxşı olan xidmətlərdən istifadə edəcəyik”,-Sukiasyan qeyd etdi.

Onun sözlərinə görə, qonşularımız bizim hüquqlarımıza hörmət etməlidir, biz də onların hüququna hörmətlə yanaşmalıyıq. Xaçatryan hesab edir ki, Ermənistanın Azərbaycanla dostluq münasibətlərinin olması mümkündür. Onun fikrincə, Azərbaycanla düşmənçilik uşaqlara, nəsillərə ötürülməməlidir.

Artsaxa gəldikdə isə o, hesab edir ki, Artsax məsələsi öz müqəddəratını təyinetmə hüququ çərçivəsində həll edilməlidir.

Daha çox göstər
Back to top button