ArtsaxBaşlıcaSiyasət

İsveç ölkədə fəaliyyət göstərən iki Azərbaycan şirkətinə qrant verməkdən imtina edib

Yanvarın 17-də İsveçin Blankspot qəzetində isveçli jurnalist Rasmus Kanbekin məqələsi dərc olunub. Məqələdə qeyd olunub ki, İsveç hökumətinin “İsveç Gənclər və Vətəndaş İşləri Agentliyi” İsveçdə fəaliyyət göstərən “Azərbaycan Konqresi” və “Azərbaycan Milli Birliyi” icma təşkilatlarına qrant verməkdən imtina etdi.

Qərarda qeyd olunur ki, hər iki qurum Azərbaycandakı diktatura rejimi ilə əlaqələri var, bu da demokratiya prinsiplərinə ziddir. İsveç hökumətinin “İsveç Gənclik və Vətəndaş İşləri Agentliyi”nin araşdırması nəticəsində məlum olub ki, Azərbaycan Milli Birliyi ilə Türkiyənin Boz Qurdları və/yaxud Azərbaycandakı diktatura rejimi arasında müəyyən əlaqələr ola bilər. Sosial şəbəkələrdəki videolar və 2020-ci ildə oktyabr ayında Stokholmda Azərbaycan icması tərəfindən Dağlıq Qarabağda davam edən müharibədə Azərbaycana dəstək məqsədilə təşkil olunmuş tədbirlər qərar üçün əsas olublar.

Məqalədə “Boz qurdlar”ın İsveçdəki fəaliyyəti haqqında da bəzi təfərrüatlar təqdim olunub. Xüsusilə, 2017-ci ildə İsveçdə kürd nümayişçinin güllələnməsində “Boz Qurdlar”ın nümayəndələrinin iştiakı barədə versiya var.

Daha çox göstər
Back to top button