BaşlıcaSiyasət

Əli Əkbər Vilayəti. Biz Qafqaza qarşı çox həssasıq və sərhədlərin dəyişməsinə imkan verməyəcəyik

“Biz Qafqaz regionuna, xüsusən də sərhədimizin ən həssas bölgələrindən biri olan Cənubi Qafqaza çox həssas yanaşırıq”.

Bunu İslam İnqilabı liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

“Qafqazdakı qonşu dövlətlərimizin sərhədləri bizim üçün təhlükəsizlik effekti verir, yəni sərhədlərdə heç bir dəyişikliyi qəbul etmirik. Keçmiş və indiki təcrübə göstərir ki, ölkələrin sərhədləri dəyişdirilərsə, böhran ocağı yaranar və bunun necə bitəcəyi bilinmir. Önəmli məqam ondan ibarətdir ki, Azərbaycan və Ermənistan bizimlə ümumi sərhədə malikdir. Sərhədlərin dəyişməsinə və təbiətcə aqressiv olan ABŞ kimi ölkələrin orada məskunlaşmasına imkan verməyəcəyik”, – deyə Vilayəti bildirib.

Daha çox göstər
Back to top button