BaşlıcaSiyasət

Dövlət naziri: “ATƏT-in MQ-nun həmsədr ölkələri Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi faktını tanımalıdırlar”

“Bunlar çox vaxt rəsmi təmaslar olmur. Fikrimizi belə çatdıra bilərik, lakin əsas əlaqələr Ermənistan Respublikası vasitəsilə olur. Xüsusən diplomatik korpus ilə həyata keçirilir” – deyə dövlət naziri bildirib.

O, təsdiq edib ki, müharibədən sonra Artsaxın beynəlxalq təcridi daha da dərinləşib.

 “Azərbaycan bunun üçün əlindən gələni edir. İndiyədək ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağa Azərbaycanın “sayyəsində” səfər etməyiblər.

Eynisi YUNESKO, BMT Qaçqınlar üzrə ali komissarlığının İdarəsi, Avropa Şurasının insan haqları üzrə komissarına da aiddir.

Yəni bu, Artsaxa səfər etməyə hazır olduqlarını bəyan edənlərin hamısına aiddir.Hətta tarixi də qeyd edilirdi, amma elə də gəlmədilər.

Səbəb Azərbaycanın qadağasıdır.Təəssüflər olsun  ki, beynəlxalq təşkilatlar Azərbaycanın qeyri-qanuni və qeyri-insani hərəkətlərinə tabe olur. Ələxüsus ki,onların funksiyalarına bir başa  insan hüquqlarının müdafiəsi və humanitar məsələlərin həlli daxildir.

İnsan haqları üstünlük təşkil etməlidir.Beynəlxalq təşkilatlar daha cəsarətli olmalıdır.Ombudsman kimi təcrübəm onların cəsarətsizliyini göstərir.

Eyni zamanda, Əliyevin həmsədrləri məsxərəyə qoymasından sonra, həmin ölkələr Azərbaycanın fikrini nəzərə almadan nəinki Artsaxa səfər etməli, həm də müstəqillik olmasa da, ən azından Artsax xalqının öz müqəddəratını təyin etmək hüququnu tanımalıdırlar.

 “Onlarsa qorxaq siyasət yürüdərsə, Azərbaycan  bir o qədər çox  həyasızlaşacaq”-  deyərək Artak Beqlaryan vurğulayıb.

Daha çox göstər
Back to top button