
Azərbaycan əsir və girovlardan erməni tərəfinə təzyiq rıçaqı olaraq istifadə edir. Bu haqda Artsaxın dövlət naziri Artak Beqlaryan yanvarın 18-də mətbuat konfransında belə deyib.
“Məsələ ağrılıdır. Amma həll yolu bir çox cəhətdən bizdən asılıdır. Azərbaycan bütün beynəlxalq normaları, beynəlxalq humanitar hüququ və insan haqlarını pozaraq, mülki şəxsləri və hərbçiləri həbs edir.
Bəziləri, deyə bilərik ki, gizlədilir, girov kimi istifadə edilir və hətta qul kimi istifadə olunur. Azərbaycan bizim soydaşlarımızdan Ermənistan və Artsaxa təzyiq və sövdələşmə rıçaqı olaraq istifadə edir” – deyə Beqlaryan vurğulayıbdır.
Müharibədən sonrakı əsirlərə gəlincə, bu məsələlər Rusiya sülhməramlıları vasitəsilə həllini tapır.
“Müharibə zamanı və müharibədən sonra əsir düşənlər, xüsusən də Xtsaberddə faktiki, təəssüflər olsun ki, bizim birbaşa təsir imkanlarımız yoxdur.
Daha doğrusu, biz Rusiya tərəfinin vasitəçiliyi və erməni tərəfdaşlarımızla birlikdə beynəlxalq təşkilatların köməyi ilə təzyiq göstərməyə çalışırıq. Hələlik, nəticələr o qədər də bizim istədiyimiz qədər hiss olunmur”- deyərək dövlət naziri qeyd edib.







